AZ

Topu boş qapıdan keçirə bilməyib və…

Kolumbiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində evdə Ekvadora 0:1 hesabı ilə məğlub olduğu matçdan sonra maraqlı hadisələr yaşanıb.

İdman.biz xəbər verir ki, oyunun gedişində meydan sahiblərinin hücumçusu Con Kordoba topu boş qapıdan keçirə bilməyib.

Bundan sonra onun ispan dilində olan vikipediya səhifəsinə azarkeşlər müdaxilə edərək ləqəbini dəyişiblər. Onlar futbolçunu "el tronco sin piernas" — "ayaqsız gövdə" adlandırıblar. Daha sonra isə Kordobanı "O, əlildir və heç bir qol vurmur" kimi də təqdim ediblər.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Kolumbiya 19 xalla 4-cü pillədə qərarlaşıb. Eyni xala malik Ekvador isə 3-cüdür.

İdaman.biz

Seçilən
20
idman.biz

1Mənbələr