AZ

Əsas problemlərdən biri kəndlərdə həkim çatışmazlığıdır

"Həkimlər, tibb bacıları təkcə tibbi xidmət göstərənlər deyil, həm də sağlam cəmiyyətin sütunlarıdırlar".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində "İqlim dəyişikliyinin sağlamlıqla bağlı təsirlərinə hazırlıq və müdaxilə üçün səhiyyə işçi qüvvəsinin inkişaf etdirilməsi" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib:

"Səhiyyə mütəxəssislərinin hazırlanması uzun və baha başa gələn prosesdir və qlobal səviyyədə səhiyyə işçilərinin çatışmazlığı mövcuddur.

Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da əsas problemlərdən biri kənd yerlərində həkim və tibb bacılarının çatışmazlığıdır. Problem hər hansı effektiv səhiyyə sisteminin əsasını təşkil edən ilkin səhiyyə xidmətində icma səviyyəsində xüsusilə aktualdır".

Seçilən
17
1
publika.az

10Mənbələr