AZ

Turizm məsələlərinin burada müzakirəsi COP29-un unikal cəhətidir - Çexiyalı nazir

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Çexiyanın Regional İnkişaf naziri Petr Kulhanekdir.

Müsahib Trend-ə açıqlamasında bildirib ki, bu COP-un unikal cəhəti ondan ibarətdir ki, turizm məsələləri bu il ilk dəfə olaraq COP29-a daxil edilib.

O, hələ danışıqların davam etməsindən və COP29-un unikal cəhətindən danışıb:

"Düşünürəm ki, bu COP-un unikal cəhəti ondan ibarətdir ki, turizm məsələləri bu il ilk dəfə olaraq COP29-a daxil edilib. Düşünürəm ki, bu, bütün ölkələr üçün birləşərək iqlim dəyişikliyi mövzusunda turizmin davamlılığına diqqət yetirmək və qarşılıqlı əməkdaşlıq üçün əla bir fürsətdir. Danışıqlar davam edir. Burada dünyanın müxtəlif yerlərindən fərqli vəzifəli şəxslər təmsil olunurlar. Danışıqların müsbət və qarşılıqlı razılaşmalarla nəticələnməsi ilə bağlı ümidlərimiz var".

"Bakını görmək imkanım çox qısa idi. Sonrakı günlər görəcəyəm. Ona görə də indi başqa heç nə deyə bilmirəm. Çünki yalnız Bakının mərkəzində, bulvarda olmuşam. Çox gözəl və möhtəşəmdir. Amma şəhəri və ətrafı bütünlüklə görmək istərdim", - deyə nazir qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
8
2
hit.az

3Mənbələr