AZ

Paşinyandan türkləri sevindirib erməniləri özündən çıxaran paylaşım

Ermənistanın Baş naziri Nikol Paşinyan Ağrı dağının görüntüsünü paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan ona etiraz edənlərə sosial mediadan cavab verib. “Facebook” hesabındakı örtük fotosunda ölkənin ən hündür zirvəsi adlandırdığı Alagöz dağını və Ermənistan ərazisinin xəritəsini paylaşan Paşinyan “budur vətən, budur dövlət, budur çörək, budur dayandığımız yer” deyə qeyd edib.

N.Paşinyan bu paylaşımı ilə Ermənistanın simvolunun Ağrı dağı yox, Alagöz dağı olduğu mesajını verib.

Onu da xatırladaq ki, Paşinyan bundan öncə etdiyi paylaşımlarda Türkiyəyə məxsusluğunu vurğulayıb. Bildirib ki, bu ərazi Ermənistan dövlətinin gerbindən çıxarılmalıdır. Səbəb olaraq həmin simvolun türklərə qarşı ərazi iddiası sayıla biləcəyini də qeyd edib.

Sözügedən paylaşımdan sonra ermənilər Paşinyana etiraz ediblər. Onlar sosial şəbəkə hesablarında Ağrı dağının şəkillərini paylaşmağa başlayıblar. Baş nazir etirazçılara cavab olaraq Alagöz dağını paylaşaraq, bu yerin simvol sayılmasının daha doğru olduğu fikrini irəli sürüb./yenisabah

Seçilən
33
2
nocomment.az

3Mənbələr