AZ

Almaniya və Ermənistan XİN başçıları sülh sazişini müzakirə edib

Almaniya və Ermənistan xarici işlər nazirləri İrəvanda Ermənistanla Azərbaycan arasında sülh sazişi prosesini  müzakirə edib.

Azpost.info bildirir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Görüşdə Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistanla Azərbaycan arasında münasibətlərin həlli prosesi müzakirə olunub. Nazir Mirzoyan danışıqlarla bağlı son prosesi , o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin başa çatdırılması istiqamətində görülən işləri təqdim edib.

 

Seçilən
19
azpost.info

1Mənbələr