AZ

Nəqliyyat iqlim risklərinin qiymətləndirilməsinin vacib hissəsinə çevrilməlidir – Avropa Komissiyasının nümayəndəsi

Bakı. Trend:

Nəqliyyat iqlim risklərinin qiymətləndirilməsinin vacibhissəsinə çevrilməlidir.

Trend xəbər verir ki, bunuAvropa Komissiyasının Nəqliyyat və mobillik üzrə başdirektorluğunun (DG MOVE) baş direktoru müavini Maya Bakranna COP29çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması"sessiyasında çıxış edərkən bildirib.

"Şəhər nəqliyyatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçünriskləri nəzərə almaq və fəlakətlərdən sonra bərpa olunmağa qadirolan çevik infrastruktur qurmaq vacibdir. Düzgün planlaşdırmaolmadan problemləri effektiv həll etmək mümkün deyil və nəqliyyatiqlim risklərinin qiymətləndirilməsinin vacib hissəsinəçevrilməlidir", — deyə Maya Bakranna qeyd edib.

Onun sözlərinə görə, şəhərlər yaşıl keçiddə əsas rol oynayır vəAvropa İttifaqında bu istiqamətdə bir neçə addım atılır.

"Birincisi, şəhər mobilliyini diqqətlə planlaşdırmaq vacibdir.İkincisi, ictimai nəqliyyatın əlçatanlığı və cəlbediciliyiartırılır. Eyni zamanda, piyadalar, velosipedçilər və ekolojiavtomobillər üçün şarj stansiyalarına dair infrastruktur inkişafetdirilir. Həmçinin, nəqliyyatın birgə istifadəsi və şəhəryükdaşıma logistikası kimi innovativ həllər tətbiq olunur.

Bütün bu tədbirlər Avropa İttifaqının dayanıqlı şəhər mobilliyiplanlarına daxildir və artıq trans-Avropa şəbəkəsindəki 431 böyükşəhər üçün məcburidir. Bu, şəhərlərin məlumat toplamaq vəmultimodal nəqliyyat mərkəzləri hazırlamaq öhdəliyi daşıdığıanlamına gəlir", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr