AZ

"Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır" - Peskov

Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu vurğulayıb.

Turkustan.az xəbər verir ki, Dmitri Peskov "Reuters" nəşri ilə bağlı keçirdiyi brifinqdə Putinlə ABŞ-ın gələcək prezidenti Donald Tramp arasında Ukrayna məsələlərinə dair mümkün təmasları şərh edib.

“Prezident həqiqətən dəfələrlə, daha doğrusu, daim təmaslara və danışıqlara hazır olduğunu bəyan edir”, - deyə Kreml nümayəndəsi qeyd edib.

Putin qeyd edib ki, Moskva siyasi və diplomatik vasitələrlə Ukraynada xüsusi əməliyyatın məqsədlərinə çatmağa hazırdır və razılaşmalar 2022-ci ilin martında İstanbulda keçiriləcək danışıqlar üçün hazırlanan razılaşmalara əsaslana bilər. Gələcək müqavilənin prinsiplərinə Ukraynanın neytral, bloklara qoşulmama statusu və onun ərazisində xarici silahların, o cümlədən nüvə silahlarının yerləşdirilməsindən imtina etməsi ilə bağlı öhdəliklər yer alırdı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr