AZ

Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edə və ya yumşalda bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada hərbi münaqişə həll olunarsa, Rusiyaya qarşı sanksiyaları ləğv edə və ya yumşalda bilər.

Editor.az bildirir ki, bunu Trampın keçid komandasının adı açıqlanmayan nümayəndəsi bildirib. O, sanksiyaların ləğvi, eləcə də ABŞ və Rusiya arasında ticarət-iqtisadi münasibətlərin normallaşdırılması imkanlarını şərh edərək bildirib ki, bu, Ukraynada münaqişənin həll olunacağı təqdirdə, “əlbəttə ki, mümkündür”.

O, həmçinin etiraf edib ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə birbaşa əlaqə saxlamağa çalışacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr