AZ

Putin Trampla Ukraynada atəşkəsi müzakirə etməyə HAZIRDI » AzadMedia.az


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada atəşkəs barədə danışıqlara hazırdır, lakin o, istənilən böyük ərazi güzəştlərini istisna edir və Kiyevin NATO ambisiyalarından əl çəkməsində israr edir.

Bu barədə “Reuters”ə Rusiya Federasiyasının indiki və keçmiş rəsmiləri olan beş mənbə bildirib. Onlar Putinin Trampın vasitəçiliyi ilə əldə etdiyi sövdələşməni qəbul edəcəyini və cəbhə xəttində münaqişəni dondurmağa razılaşacağını bildiriblər.

“Reuters” qeyd edir ki, münaqişəyə ən qısa zamanda son qoyacağına söz verən Tramp Rusiyanın üstünlüyü ələ aldığı bir vaxtda Ağ Evə qayıdır.

Agentliyin yazdığına görə, Moskva 2022-ci ildə hərbi əməliyyatlara başlayandan bəri ən yüksək templə irəliləyir. Mənbələrin məlumatına görə, qismən Rusiyanın nəzarətində olan Donetsk, Luqansk, Zaporojye və Xerson ərazilərində sərhədlərin dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparmaq olar.

“Reuters” agentliyinə açıqlama verən mənbələr həmçinin Rusiyanın Xarkov və Nikolaevdə nəzarət etdiyi kiçik ərazilərdən çəkilməyə hazır ola biləcəyini qeyd ediblər.

Mənbələr həmçinin qeyd ediblər ki, atəşkəs əldə olunmasa, Rusiya müharibəni davam etdirəcək.

Beş hazırkı və keçmiş məmurun sözlərinə görə, Rusiya Ukraynanın NATO-ya üzv olmasına və ya NATO qoşunlarının Ukrayna torpaqlarında olmasına dözməyəcək, buna baxmayaraq, Moskva Kiyevin təhlükəsizlik zəmanətlərini müzakirə etməyə açıqdır.

Mənbələr bildiriblər ki, Kreml Kiyevə silahlı qüvvələrinin sayını məhdudlaşdırmağa razılıq verməsi və rus dilindən istifadəni məhdudlaşdırmamaq öhdəliyi kimi tələblər irəli sürə bilər.

Ukrayna tərəfi “Reuters”in deyilənlərə münasibət bildirmək istəyinə hələ cavab verməyib.
Seçilən
11
50
azadmedia.az

10Mənbələr