AZ

Məktəblərdəki psixoloqlar sertifikasiyaya cəlb olunsun - TƏKLİF

“Məktəblərdə psixoloqların sertifikasiyaya cəlb olunmasını təklif edirəm”. 

Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Mehriban Vəliyeva deyib. 

O bildirib ki, məktəbdənkənar və sinifdənxaric təşkilatçıların da vəzifə maaşlarına əlavələrin artırılmasına baxmaq lazımdır: "Tez-tez məktəblərdə psixoloqların kadr çatışmazlığı ilə bağlı problemlər səsləndirilir. Məktəblərdə psixoloq kadr siyasəti istiqamətində sayların artırılmasına baxmaq lazımdır. Şagird sayına görə psixoloqlar məktəblərə qəbul oluna bilər. Əsas da bu sahəyə kadrları cəlb etmək üçün sertifikasiyanın tətbiqi vacibdir. Beləliklə, kadr axınını müşahidə etmək olar”.

Seçilən
7
3
avtosfer.az

4Mənbələr