AZ

Qırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib -Fotolar

Qırğızıstanın paytaxtı Bişkek şəhərində ” İslahatçı Gənclər” İctimai Birliyi və bu ölkənin Gənclər Parlamentinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən COP29 konfransına həsr edilmiş “Qırğızıstan və Azərbaycan: gənclər siyasəti sahəsində iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan və Qırğızıstanı təmsil edən gənclər, media rəhbərləri, deputatlar və diplomatlar iştirak edib. Konfransda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında gənclərin və gənclər təşkilatlarının rolu müzakirə olunub. Eyni zamanda, gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədəki fəaliyyəti əsas müzakirə mövzusu olub.

Toplantının açılış mərasimində çıxış edən Qırğızıstan parlamentinin Azərbaycanla iş üzrə İşçi Qrupunun rəhbəri deputat Deputat Saidbek Zulpiyev, Qırğızıstan parlamentinin deputatı Eldar Süleymanov, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Zülfüqar Tanarverdi eyni zamanda, “İslahatçı İctimai” Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Qırğızıstan əlaqələrindən geniş bəhs ediblər. Çıxış edən natiqlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini qeyd ediblər. Konfransda bildirilib ki, Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi onun beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında iqlim dəyişikliyinə qarşı mübarizədə dünya birliyinin birgə səylərinin artırılması eyni zamanda, maliyyə problemlərinin həlli məsələsi xüsusi diqqət mərkəzində saxlanılıb. Çıxış edənlər bildiriblər ki, iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə dövlətlərlə yanaşı, ayrı-ayrı gənclər də aktiv rol almalıdırlar.

Çıxış edən Qırğızıstan Gənclər Parlamentinin sədri Asel Amanova Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli, Azxəbər Media Qrupunun baş direktoru Əfsələddin Ağalarov, eyni zamanda hər iki ölkəni təmsil edən müxtəlif gənclər təşkilatlarının rəhbərləri iki ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük potensialı olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında dünyanı təhdid edən ekoloji problemlərə qarşı beynəlxalq ictimaiyyətin gələcək fəaliyyət planı ortaya qoyulub.

Qeyd edək ki, konfrans hər iki ölkədən olan gənc ekspertlərin müzakirələri ilə davam edib. Tədbirin baş tutmasına QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəstək verib.

Seçilən
14
6
editor.az

7Mənbələr