AZ

Kapitan sarğısı Mbappedən alınır: Görün yeni lider kim olacaq

Fransa millisinin lideri Kilian Mbappe kapitan sarğısını itirmək riski ilə üzləşib.

Publika.az xəbər verir ki, baş məşqçi Didye Deşam futbolçu ilə bağlı daimi qalmaqallı vəziyyəti bəyənmir. Fransalı mütəxəssis başqa bir futbolçunu kapitan təyin etmək istəyir.

Bu rola əsas namizəd “Liverpul”un yeni lideri İbrahima Konate hesab olunur. Fransada 25 yaşlı müdafiəçinin sabitliyinə və həm klub, həm də milli komanda üçün inamlı oyununa heyran qalıblar. Konate Fransa yığmasında 21 oyun keçirib. O, son 6 oyunun 5-də meydana çıxıb.

Qeyd eədk ki, Mbappe Fransa millisinin Millətlər Liqasındakı son 4 oyununu buraxıb.

Seçilən
13
publika.az

1Mənbələr