AZ

COP29-un bir hissəsi olaraq Bakıda olmaqdan çox şadam - "ACI World"ün baş direktoru

"Biz növbəti dəfə Bakı hava limanı akkreditasiyası səviyyəsinə nail olması üçün onlarla işləyəcəyik".

“İki sahil” xəbər verir ki, bu sözləri "ACI World"ün baş direktoru Castin Urbaçi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, COP29-un bir hissəsi olaraq Bakıda olmaqdan çox şadam:

"Bakı hava limanı karbon akkreditasiyasına və ümumilikdə davamlılığa nail olmaq öhdəliyi götürüblər. Onlar karbon akkreditasiyası sertifikatı aldılar. Bu o deməkdir ki, onlar çox dayanıqlı hava limanı olmaq yolunda addımlar atıblar. 2050-ci ilə qədər karbon neytrallığına nail olmaqda hava limanı hədəfimizə çatmaqda bizə kömək üçün həqiqətən də çox vacibdir".

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
25
2
ikisahil.az

3Mənbələr