AZ

"Paşa Bank" 30 min manat cərimə edilə bilər

"Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub. 

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər 2 min manatdan 4 min manatadək, hüquqi şəxslər 20 min manatdan 30 manatadək məbləğdə cərimə edilir.

İş Səbail Rayon Məhkəməsinin hakimiŞəhla Süleymanovanın icraatındadır. 

Aydın

Seçilən
22
qaynarinfo.az

1Mənbələr