AZ

Çin və Səudiyyə də COP-da dünyanın əleyhinə gedir...

Image

Gələn xəbərlərə görə, Çin, Səudiyyə Ərəbistanı, ABŞ və digər karbohidrogən istehsalçısı ölkələr üzərlərinə maliyyə öhdəliyi götürməkdən qaçmaq istəyirlər.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir. Danışıqlara yaxın diplomatik mənbənin verdiyi məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir. Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.

Cənubi Koreya, Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və Qərb ölkələrinə təzyiq göstərir.

ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür. Hətta Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də qəbul edilmiş “fossil fuel transition” ("hasilat yanacağından tədricən imtina") sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar.

Sizcə bu nə deməkdir, sıralanan bu dünya ölkələri nə etmək fikrindədir? Maliyyə ödəməkdən qaçanlar təbii fəlakətlərdən də qaça biləcəkmi?

Çingiz İsmayılov: "Daha çox neft hasil edən və neft istehlak edən ölkələr ətraf mühitin çirklənməsində daha çox məhsuliyyət daşiyirlar"

Sualımıza cavabında Çinguz İsmayılov bildirdi ki, burda hec nə təəccüblü deyil: "Əvvəllər olduğu kimi, iri neft hasil edən ölkələr maliyyə fondunun yaradılmasında daha çox maraqlı olmalıdırlar. Çox təəssüflər olsun ki, biz bunun əksini müşahidə edirik. Çünki daha çox neft hasil edən və neft istehlak edən ölkələr ətraf mühitin çirklənməsində daha çox məhsuliyyət daşıyırlar. Ona görə ku, bu ölkələr daha çox çirklənməyə səbəb olur. Axı bu ölkələr öz gəlirlərini məhz neft ixracı əsasında təmin edirlər. Belə vəziyyəti nəzərə alaraq, bizim ölkəmiz qeyri-neft sektorunun inkişafina, xüsusən yaşıl enerji istəhsalının inkişafina böyük diqqət verir".

Qeyd edək ki, indiyə qədər keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları formal xarakter daşıyıb - ölkələr toplaşıb, müzakirə edib, lakin ciddi qərarların qəbul edilməsinə nail ola bilməyiblər.

Məsələn, qeyd etdiyimiz kimi, hasilat yanacağından, yəni kömür, neft və qazdan tədricən imtina etmək və bunun sayəsində karbon emissiyasını azaltmaq barədə razılaşma hələ 2015--ci ildə Parisdə keçirilən COP20-də əldə edilib. Lakin keçən doqquz il ərzində Almaniyadan başqa heç bir ölkə üzərinə göturdüyu öhdəliyə dair heç bir nəticə əldə edə bilməyib. Nəticədə atmosferə karbon emissiyasının və digər ağır qazların atılmasının çoxalması səbəbindən dünyada havanın illik orta temperaturu daha 5-6 Selsi dərəcə yüksəlib. Hələ bu da azmış kimi, COP28-də qəbul edilən “fossil fuel transition” (hasilat yanacağından tədricən imtina) qərarının COP29-da yenidən müzakirəyə çıxarıımasına və nəticələrin müqayisə edilməsinə bir sıra ölkələr, o cünlədən də Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu kimi neft ölkələri etiraz edir. Çünki bu ölkələr keçən il götürdükləri öhdəliklərin bir faizini belə yerinə yetirməyiblər.

Müzakirə olunan mövzu ölkə liderləri tərəfindən nə qədər ki dərk edilməyib, bu istiqamətdə uğur əldə etmək çətin olacaq. Elə bil bir neçə nəfərin üstünə əjdaha gəlir və bu adamların hamısının atəş açmağa imkanları olsa da patronlarına heyfi gəlri, nəticədə əjdaha gəlib hamını məhv edir. İndi dünya ölkələri həmin vəziyyətdədir. İnanmıram ki, ölkə liderlərindən kimsə iqlim dəyişmələrinin fəsadlarını dərk etməsin. Lakin bununla belə, hamı maliyyələşmədən qaçmaq, öz yükünü başqa dövlətlərin üstünə yıxmağın yollarını axtarır. Bu sadəcə olaraq biabırçılıqdır. Hamı etiraf edir ki, iqlim dəyişmələri dünyanı dağıdacaq perspektivə malikdir. Amma bununla belə, Amerika və Çin kimi dünya iqtisadiyyatının lokomotivləri iqlim dəyismələrinə qarşi mübarizəyə töhfə vermək istəmir.

Hasilat yanacağından imtinaya gəldikdə isə, bunun üçün həm hasilat yanacağı istehsal edən, həm də onu istehlak edən ölkələr alternativ enerji mənbələrindən enerji alınmasına daha çox investisiya qoymalıdırlar. Çünki hər iki qrupdan olan ölkələrin investisiya imkanları daha çoxdur. Bu investisiya həm elmi tədqiqatların aparılmasına - daha mütərəqqi texnologiyaların əldə edilməsinə, həm də əldə edilən müasir texnologiyalar əsasinda yaşıl enerji mənbələrinin yaradılmasına qoyulmalıdır. Yəni bu prosesin birtərəfli qaydada aparılması heç cür səmərə verə bilməz.

Sutkada 19 milyon barrel neft istehsal edən, ondan 13 milyon barelini ölkə daxilində istehlak edən, qalan 6 milyard barrelini isə ixrac edən ABŞ, göründüyü kimi, atmosferi daha çox çirkləndirən ölkədir. Ona gorə də Vaşinqton bu məsələdə daha aktiv olmalı, iqlim dəyişmələrinə qarşı mübarizəyə daha çox töhfə verməlidir.

ABŞ-dən sonra dünyada neft hasilatına görə ikinci yeri sutkada 12 milyon barrellə Səudiyyə Ərəbistanı, sonrakı yerləri 11 milyon barrellə Rusiya, 5 milyon barrellə İraq və 4 milyon barrellə İran tutur.

Akif NƏSİRLİ





Seçilən
29
baki-xeber.com

1Mənbələr