AZ

Bina tikintisində gəlir və xərclərin vergitutma qaydaları dəyişir

Bina tikintisi sahəsində gəlir və xərclərin vergitutma məqsədilə dəqiq təsbiti üçün mexanizm müəyyənləşir.

Fins.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əks olunub.

Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, bina tikintisi ilə məşğul olan şəxslərin təqdim etdiyi yaşayış və qeyri-yaşayış sahələrinə dair gəlir və bu gəlirdən çıxılan xərclər, il ərzində görülmüş işlərə (mərhələlərə) uyğun olaraq, ƏDV-siz satış dəyərləri və həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq alışı xərcləri əsasında hesablanır.

Təklif edilən dəyişikliklərə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlir və xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyənləşdirilməsi qaydası belə tənzimlənəcək:

  1. Hər bir bina üzrə çəkilən xərclər ümumi qiymətləndirilmiş xərclərlə müqayisə edilərək faktiki xərcin xüsusi çəkisi müəyyənləşdirilir.
  2. Binadan satılmış yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri, bu nisbət əsasında vergiyə cəlb olunan gəlirə aid edilir.
  3. Faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclər kimi nəzərə alınır.
     

Fuad Mədətov
Fins.az

 

Seçilən
21
fins.az

1Mənbələr