AZ

Belçikalı rəssamın əsəri 121,2 milyon dollara satıldı

Belçikalı sürrealist rəssam Rene Maqrittin “İşıq imperiyası” adlı tablosu Nyu-Yorkda “Christie's” hərracında 121,2 milyon dollara satılıb.

Teleqraf.com xəbər verir ki, bu, ilin əvvəlindən bəri satılan sənət əsərləri üçün rekord qiymətdir.

Maqritt tərəfindən 1954-cü ildə çəkilmiş tablonu anonim şəxs telefon vasitəsilə alıb.

“İşıq imperiyası” ağaclarla əhatə olunmuş evləri təsvir edən eyniadlı 17 rəsm seriyasıdır. Səciyyəvi cəhəti ondan ibarətdir ki, evlər və ağaclar gecə işığında, onların üzərindəki səma isə gündüz işığında çəkilib.

“Christie's” tərəfindən satılan rəsm əsəri seriyanın ən böyüyüdür və hündürlüyü təxminən 1,2 metrdir.

Həmçinin, hərracda müasir amerikalı rəssam Edvard Ruşanın bir tablosu 68,3 milyon dollara satılıb.


Müəllif: Teleqraf.com
Seçilən
10
3
teleqraf.com

7Mənbələr