AZ

Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət

Moskva vilayətinin Lyubertsı rayonunun Malaxovka qəsəbəsində dəhşətli cinayət baş verib. 28 yaşlı Tacikistan vətəndaşı öz 5 aylıq qızını ağladığı üçün döyərək öldürüb.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi xəbər yayıb.

Bildirilir ki, körpənin qışqırığından əsəbiləşən kişi onu vəhşicəsinə döyüb.

"Körpə ağır xəsarətlər alıb və yerindəcə ölüb", - deyə idarədən bildirilib.

Şübhəli şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dərhal saxlanılıb. Ona qarşı "azyaşlının qətli" maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər hadisənin təfərrüatlarını araşdırır.

Seçilən
71
1
hakimiyyet.az

2Mənbələr