AZ

Xarici investorların ABŞ aktivlərinə marağı artıb

Fins.az - ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, xarici investorların sentyabr ayında ABŞ-ın uzunmüddətli qiymətli kağızlarına maraqları artırıb.

Avqustda 108.8 milyard dollar dəyərində istiqraz alan əcnəbilər sentyabrda bu rəqəmi 216.1 milyard dollara yüksəldiblər.

ABŞ Xəzinədarlıq istiqrazlarına tələb xüsusilə nəzərə çarpırdı. Avqustda 19.2 milyard dollarlıq alışdan sonra sentyabrda 77 milyard dollarlıq xalis alışlar reallaşıb. Eyni dövrdə, ümumi xalis kapital axını avqustda 75.9 milyard dollardan sentyabrda 398.4 milyard dollara çatıb. Bu arada Çinin əlində olan ABŞ Xəzinədarlıq istiqrazlarının məbləği 775 milyard dollardan 772 milyard dollara qədər azalıb.

Seçilən
39
fins.az

1Mənbələr