AZ

Ata beş aylıq qızını döyərək ÖLDÜRDÜ

Rusiyanın Moskva şəhərində ata 5 aylıq qızını döyərək öldürüb.

Redaktor.az xəbər verir ki, bu haqda “Radio1” məlumat yayıb.

Moskva yaxınlığındakı Lyubertsı şəhərində baş verən hadisənin detalları araşdırılıb və məlum olub ki, ata doğma qızını ağladığı üçün döyüb.

Ölən uşağın hər iki valideyni miqrantdır. Onun anası Ukraynadan, atası isə Tacikistandandır.

İlkin məlumata görə, ana mağazaya gedib, bu vaxt uşaq ayılıb və ağlamağa başlayıb.

Körpənin ağlamağına əsəbiləşən ata onun baş və bədən nahiyəsini təpikləyib. Ana evə qayıdanda təcili tibbi yardıma müraciət etsə də, azyaşlının aldığı xəsarətlərdən hadisə yerində keçindiyi məlum olub.

Ata, 26 yaşlı Murodjon saxlanılıb. Dindirilmə zamanı o, hüquq-mühafizə orqanının əməkdaşlarına qızını öldürdüyünü etiraf edib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2-ci hissəsinin “c” bəndinin 105-ci maddəsi ilə (yetkinlik yaşına çatmayan uşağın öldürülməsi) cinayət işi başlanıb.

Seçilən
13
9
redaktor.az

10Mənbələr