AZ

Ukrayna ilk dəfə Rusiya ərazisini Britaniya raketlərilə də VURDU

Ukrayna ilk dəfə Rusiya ərazisinə Britaniyanın "Storm Shadow" qanadlı raketləri ilə zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” anonim Qərb mənbəsinə istinadə məlumat yayıb.

Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın ilk dəfə olaraq Amerikanın ATACMS raketləri ilə Bryansk bölgəsinə hücum etdiyini açıqlamışdı. Ukrayna bu məlumatı rəsmən təsdiqləməyib.

Rusiyanın Teleqram kanalları da Ukraynanın Qərbin icazəsi ilə ilk dəfə olaraq Kursk bölgəsinə "Storm Shadow" raketləri ilə hücum etdiyini bildirib. Rusiya ordusu bu məsələ ilə bağlı açıqlama verməyib.

Britaniya daha əvvəl bəyan etmişdi ki, Ukrayna öz torpaqlarında "Storm Shadow" raketlərindən istifadə edə bilər.

Britaniya baş nazirinin sözçüsü deyib ki, onlar məsələ ilə bağlı şərh verməyəcək.

BBC də məlumat yayıb ki, ilk Britaniya raketləri artıq Rusiya ərazisinə atəş açmaq üçün istifadə olunub.

Seçilən
97
50
modern.az

10Mənbələr