AZ

Peskov PUA hücumundan müdafiədən danışdı

Rusiya Prezidentinin mətbuat katibi ölkənin regionlarında pilotsuz uçuş aparatlarının hücumlarından qorunmaq üçün görülən tədbirlər barədə məlumat verib.

KONKRET.az RİA Novostiyə isytinadən xəbər verir ki, Dmitri Peskov dron hücumlarından yaranan təhlükədən danışıb. Kreml rəsmisi bildirib ki, hücumları dəf etmək üçün laylı hava hücumundan müdafiə sistemləri yaradılsa da,heç bir sistem 100% effektiv ola bilməz. Peskovun sözlərinə görə, bəzən faciəli hadisələr də baş verir: “Lakin bu, mühafizə sistemlərinin işləmədiyi anlamına gəlmir.PUA-lardan real müdafiəni təmin etməyin yeganə yolu xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdır.

Bundan əvvəl xüsusi hərbi əməliyyat zonasına “Firebird” kamikadze dronlarının yerləşdirildiyi bildirilirdi. Dronlardan faydalı yüklərin daşınması və kəşfiyyat məqsədləri üçün də istifadə oluna bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
22
15
konkret.az

10Mənbələr