AZ

YAP-ı quran “91-lər” haralardadı... -  Heydər Əliyevə müraciətdən kimlər İMTİNA ETMİŞDİ...

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 32 il ötür.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında müstəsna xidmətləri olmuş şəxsləri “91-lər” adlandırırlar.  

1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular.

"91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdu. 

“91-lər” Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər ona qoşulmaq istəməyiblər. Bu barədə məhz mərhum Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː

“...o vaxt bunu mənə deməmişdilər, amma bunu mən sonralar bildim. “91-lər” həqiqətən çox cəsarətli adamlar olmuşlar. Çünki bu məktubu hazırlayıb, bu məktubla həmrəy olmaq istəyən adamlarla danışıq aparanlar bəziləri ilə danışmışlar, görüşmüşlər, ancaq onlar həmin məktuba imza atmaqdan imtina etmişlər”

Heydər Əliyev hakimiyyətə gələndən sonra “91-lər”in əksəriyyəri vəzifəyə irəli çəkilmişdi. YAP-ın 10 illik yubileyindəki çıxışında Heydər Əliyev “91-lər” barədə belə demişdi:

“Mən “91-lər”in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”. 

Heydər Əliyevin vəfatından sonra YAP-da “91-lər”ə münasibət birmənalı olmadı, dəyişdi. Onların bəziləri vəzifədən, tutduqları postdan uzaqlaşdırıldı.

“91-lər” zaman-zaman onların YAP-dan “vurulub” uzaqlaşdırlmasına görə Prezident Administrasiyasının sabiq rəhbəri, vaxtilə siyasi dairələrdə “boz kardinal” adlandırılan  akademik Ramiz Mehdiyevi günahlandırıblar.  

Məsələn, "91-lər"dən biri, sabiq deputat Şahlar Əsgərov Modern.az-a əvvəlki açıqlamalarında Ramiz Mehdiyev haqqında deyilənlərin həqiqətə uyğun olduğunu söyləyib.

“2005-ci ildə III çağırış parlament seçkilərində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü və partiyanın qurucularından olan bir sıra çox siyasətçi parlamentə buraxılmadı. Bu, birdən-birə baş verdi. Asya Manafova, Zahid Qaralov, Əli Əlirzayev, Maksim Musayev, Sirus Təbrizli, mən "qara siyahı"ya daxil edildik...  
O zaman hamı düşünürdü ki, bunları Ramiz Mehdiyev edir. Heydər Əliyev 2003-cü ildə artıq rəhmətə getmişdi. Ramiz Mehdiyev parlamentə buraxılmayan tanınmış şəxslərin yerinə tamamilə fərqli - YAP-a zidd adamlar gətirdi”, - Ş.Əsgərov deyib.
 

Bu gün “91-lər”in artıq yaddan çıxdığını da söyləmək olar.

Modern.az-ın məlumatına görə, “91-lər”dən əksəriyyəti dünyasını dəyişib.

Onların siyahısını təqdim edirik:

91-lər”in siyahısı:
 

Abbas Səmədov -

Adil Qasımov

Ağababa Mahmudov

Ağabəy Əsgərov

Allahverdi Hacıyev

Allahyar Hüseynov

Ariz Abduləliyev

Asif Cahangirov

Aydın Əhmədzadə

Eldar Abasov

Eldar İbrahimov

Ədalət Fərəcov

Əjdər İsmayılov

Əkbər Bayramov

Əlfəddin Abdullayev

Əli Əhmədov

Əli İnsanov

Əli Nağıyev

Əli Nuriyev

Əli Ömərov

Əlişir Musayev

Əmir Mərdanov

Əsədulla Qurbanov

Əziz Axundov

Faiq Cəfərov (professor)

Fəraməz Maqsudov

Fikrət İsmayılov

Fuad İsmayılov

Georgi Savoskin

Hacı Hacıyev

Hacıbala Abutalıbov

Heydər Hüseynov

Həsən Quliyev

Həsən Mirzəyev

Hüsü Kərimov

Xeyrəddin Qoca

Xəlil Rza Ulutürk

İbrahim Əzizov

İbrahim İsayev

İqrar Əliyev

İsgəndər Quliyev

Kərim Kərimov

Kərim Kərimov

Lalə Şövkət

Liliya Luqovaya

Lüdviq Muradov

Maqsud Nəcəfov

Məmməd Məmmədov

Məmməd Məmmədov

Məmməd Nəsirov

Məmmədtağı Cəfərov

Mixail Zabelin

Mirzə Əsgərov

Möhsün Möhsünov

Munis Bayramov

Murtuz Ələsgərov

Musa Heydərov

Musa İlyasov

Mübariz Əhmədov

Nəbi Əsgərov

Nəzir Əhmədov

Novruz Quliyev

Ömər Eldarov

Pənah Mahmudov

Rafiq Əminzadə

Rafiq Qasımov

Rafiq Məmmədhəsənov

Rəfael Allahverdiyev

Rizvan Cəbiyev

Sabir Hacıyev

Sabir Xəlilov

Səbir Dünyamalıyeva

Səfiyar Musayev

Səlahəddin Quliyev

Sirus Təbrizli

Sudeyf İmamverdiyev

Şahlar Əsgərov

Şəmistan Mikayılov

Tahir Məmmədov

Tələt Qayıbov

Tofiq Hüseynov

Vidadi Acalov

Vilayət Əliyev

Vüqar İsmayılov

Vüqar Rəhimzadə

Zahid Xəlilov

Zahid Qaralov

Zakir Sərdarov

Zeynəb Xanlarova

Ziya Bünyadov

Ziya Paşa

A.Qorxmaz

Seçilən
22
50
modern.az

10Mənbələr