AZ

UBS: Qızılın qiyməti 2025-ci ilin sonunadək 2 min 950 dollara yüksələcək

Maliyyə xidmətləri göstərən qlobal şirkət UBS-in analitikləri 2026-cı ilin sonuna qədər qızılın unsiyasının qiymətinin daha da artaraq 2950 dollara çatacağını proqnozlaşdırırlar. Bu dəqiqələrdə qızılın unsiyası 2 min 657 dollardan ticarət olunur.

Marja.az xəbər verir ki, analitiklər, "ABŞ-da Red Sweep, güclü diversifikasiya alış marağı və artan qlobal qeyri-müəyyənlik qiymətləri dəstəkləməyə davam edəcək" deyiblər.

Oktyabr ayı proqnozunda UBS qızılın unsiyasının 2025-ci ilin ortalarında 2850 dollara çatacağını proqnozlaşdırmışdı.

Qlobal investisiya ankı Goldman Sachs bu həftə gələn ilin sonuna qədər qızılın unsiyasının 3000 dollara qalxacağını proqnozlaşdırmışdır.

Həmçinin UBS, "Fiziki qızıl külçələrini almağa meylli olan rəsmi sektor, çox güman ki, diversifikasiya məqsədləri üçün, geosiyasi gərginliklər və sanksiya riskləri səbəbindən ehtiyatları artırmağa davam edəcəklər", qeyd edib.

Seçilən
22
marja.az

1Mənbələr