AZ

Avropaya gedən yol LGBT təbliğatından keçməli DEYİL!

Avropa İttifaqı (Aİ) Gürcüstan hökuməti üçün ayrılmış 121 milyon avro vəsaiti dayandırıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel qeyd edib ki, 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini ölkənin indiki hökuməti dövründə “demokratik geri çəkilməsi" kimi qiymətləndirən Aİ Avropa Sülh Fondu vasitəsilə Gürcüstan silahlı qüvvələrinə dəstəyini geri çəkib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu vəsait “vətəndaş cəmiyyətinə və bilavasitə gürcü xalqına fayda verən proqramlara” yönəldiləcək.

 

Seçkilərdə nələrin baş verdiyini diqqətlə öyrənmək üçün Brüssel Gürcüstana siyasi missiya göndərəcək və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndəsi Gürcüstandakı seçki pozuntuları ilə bağlı öz qiymətləndirməsini təqdim etmək üçün dəvət olunacaq.

 

O, “Gürcü arzusu” liderlərini gürcü xalqının arzularına və Gürcüstanın Aİ-yə doğru irəliləmək məqsədinə zidd olaraq ölkəni bu yoldan uzaqlaşdırdığını bildirib.



 

"Gürcü arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze isə Avropanın xarici təsirin şəffaflığına və LGBT təbliğatına qarşı qanunların əsas hüquqları pozan bəyanatına cavab verib.

 

O, Aİ üçün Gürcüstanın milli dəyərlərindən keçməyəcəyini vurğulayıb: “LGBT təbliğatına görə Gürcüstan öz mentalitetinə, kimliyinə, mədəniyyətinə, tarixinə, mədəni irsinə, adət-ənənələrinə xəyanət etməyəcək”.


Gürcü ekspert Vaxtanq Charaya Modern.az-a bildirib ki, Gürcü xalqı düzgün seçim edəcək:

 

“Mamuka Mdinaradzenin dediyi kimi, əgər Aİ-yə üzvlük yolu LGBT təbliğatından keçirsə, Gürcüstana belə üzvlük lazım deyil. Avropa inteqrasiyasına gedən yol LGBT təbliğatından keçməli deyil. Bunun başqq yolları olmalıdır. Kimsə gürcülərə deyə bilməz ki, uşaqlar arasında LGBT təbliğatına başlamasanız, Avropaya inteqrasiya edə bilməzsiniz. Bu fikirlər düşünmürəm ki, gürcülərə lazım olsun. Hər bir xalqın qırmızı xətləri var. Bu qırmızı xətt gürcü xarakterindən, adət-ənənəsindən, milli kimliyindən keçir və bu çərçivədə biz heç vaxt keçməyəcəyik. Hər hansı bir azlığın hüquqları, hətta bir sıra Avropa ölkələrində olduğundan daha güclüdür.Avropa tərəfindən Gürcüstana olan təyziqlər azalmalıdır. Hazırki Gürcüstan hökuməti onların istəklərini qarşılamır deyə ciddi addımlar atılır. Cənubi Qafqazda, eynilə Gürcüstanda müxtəlif qüvvələrin maraqları toqquşur və biz bunu bütün sahələrdə müşahidə edirik. Amma qeyd etmək lazımdır ki, gürcü xalqının öz kimliyi və iradəsi var və bunlarla mübarizə aparmaq qüvvəsindədir. Gürcüstanı hədəf alan bu addımlar cavabsız qalacaq”.

Seçilən
10
modern.az

1Mənbələr