AZ

İranın cənubunda güclü zəlzələ oldu

Bu gün yerli vaxtla 08:30-da İranın cənubunda yerləşən Buşehr vilayətinin Dəştestan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir kİ, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Dəştestan rayonun Bərazcan məntəqəsində qeydə alınıb. Yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Seçilən
12
5
unikal.az

6Mənbələr