AZ

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” - Ulu Öndər Heydər Əliyev.



21 noyabr ölkəmiz üçün tarixi bir gündür. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə Azərbaycanın gələcəyinə bir parlaq işıq saçıldı. Yeni Azərbaycan Partiyası öz mövqeyi ilə seçilən və təsis edildiyi gündən etibarən dövlətin və xalqın maraqlarını müdafiə edən bir siyasi güc kimi tanınır. Partiya “Dünənin, bu günün və gələcəyin partiyası” kimi təsvir edilərək, onun həm tarixi irsi, hazırkı dövrdəki əhəmiyyəti, həm də gələcək nəsillərə təsiri vurğulanır.
Yeni Azərbaycan Partiyası ölkənin siyasi sabitliyini və inkişafını təmin etmək məqsədilə fəaliyyətə başlamışdır. Dahi Lider Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Son illərdə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar isə YAP sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycan bu illər ərzində kifayət qədər tarixi uğurlar əldə edib. Bu nailiyyətlər həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsindədir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır. Mühüm nəticələrdən biri iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Son illərdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi Azərbaycana aiddir. Belə ki, regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil bir ölkədir. İqtisadi, maliyyə resurslarımız ölkəmizin müstəqilliyini təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyinin, qüdrətinin güclənməsini təmin edəcək.
YAP rəhbərliyi dünyada baş verən ən son yeniliklər haqqında düşünür, onları təhlil edir və bundan irəli gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyətlə məşğuldur. Bu kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə gedir, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar dayanır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq, biz gələcəkdə bir çox məsələlərdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur. Bu eyni zamanda bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.
YAP-ın qəbul etdiyi qərarlar eyni zamanda partiyada olan siyasi ardıcıllığın bariz bir nümunəsidir. 

Hakim partiyanın hər bir üzvü YAP-ın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Bütün bunlar partiyanın bugününə və gələcəyinə olan inamın göstəricisidir.

Ağaverdi Əliverdiyev
YAP Qusarrayon təşkilatının əməkdaşı.




Seçilən
24
1
aia.az

2Mənbələr