AZ

Bu ölkədə yenidən evlər 1 dollara satışa çıxarıldı

İtaliyanın Sardiniya adasında yerləşən Ollolai qəsəbəsi əhali itkisini dayandırmaq və yeni həyatlar gətirmək üçün amerikalılara cəmi 1 dollara ev sahibi olmaq imkanı təklif edir.

"Unikal" xəbər verir ki, dağlarla əhatə olunmuş bu kənd, xüsusən son illərdə yaşadığı əhalinin azalması və iqtisadi çətinliklərlə əlaqədar yeni sakinlər axtarışındadır.

Məlumata görə, ABŞ-də keçirilən son prezident seçkilərindən sonra bir çox amerikalının ölkəni tərk etməyi düşünməsi Ollolai rəsmiləri üçün yeni fürsət yaradıb. 

Qəsəbənin "Həyatı geri qaytarın" kampaniyası veb-saytı amerikalılara bu şəkildə müraciət edib: "Qlobal siyasətdən bezdiniz? Daha balanslı həyat tərzini qəbul etmək istəyirsiniz? Möhtəşəm Sardiniya cənnətində Avropa qaçışınızı qurmağın vaxtı gəldi".

Ollolainin əhalisi keçən əsrdə 2250-dən 1100-ə düşüb, hər il cəmi bir neçə körpə doğulur. İqtisadi çətinliklər üzündən bir çox ailə yaxşı həyat dalınca kəndi tərk edib. 2018-ci ildə başlanan 1 dollarlıq ev satış proqramı ilə başlayan canlandırma təşəbbüsləri hələ də istənilən uğuru əldə etməyib.

Seçilən
11
50
unikal.az

10Mənbələr