AZ

İranın cənubunda güclü zəlzələ baş verib

Bu gün yerli vaxtla 08:30-da İranın cənubunda yerləşən Buşehr vilayətinin Dəştestan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Herbiand.az bildirir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Dəştestan rayonun Bərazcan məntəqəsində qeydə alınıb. Yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Seçilən
11
5
herbiand.az

6Mənbələr