AZ

Həkimlər məhbus güneyli cütlüyə görə İran prezidentinə müraciət etdilər

Yüzlərlə həkim və tibb işçisi İran Prezidenti Məsud Pezeşkiana məktub yazaraq ondan həbsdə olan həkim Həmid Qara Həsənli və həyat yoldaşı Fərzanə Qarahəsənlinin azad edilmələrini istəyiblər.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məktub müəllifləri azərbayanlı cütlüyə qarşı irəli sürülən ittihamların əsassız olduunu yazıb, onların barələrndə çıxarılan hökmün ədalətsiz olduğunu bildiriblər.

Qeyd edək ki, Həmid Qarahəsənli və Fərzanə Qarahəsənli 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarında hökumət məmurlarının öldürdükləri azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.

56 yaşlı rentgenoloq Həmid Qarahəsənli ilkin məhkəmədə edama məhkum edilsə də, sonradan barəsindəki hökm 15 il həbs cəzası ilə dəyişdirilib.

Onun 48 yaşlı həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli isə 5 il azadlıqdan məhrum edilib.

Hər iki məhbus istintaq dövründə işgəncələrə məruz qaldıqları üçün uzun müddət müalicə olunublar.

visiontv.az



Seçilən
22
visiontv.az

1Mənbələr