AZ

Enerji mənbələri sahəsində həyata keçirilmiş ilk hərracla bağlı bütün sənədləşmə işləri 20 gün ərzində yekunlaşacaq - Cavid Abdullayev

Bakı.Trend:

Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində həyatakeçirilmiş ilk hərracın qalibi seçildi. Bu proses çox uzun zamantələb edib.

Trend xəbərverir ki, bunu COP29 çərçivəsində keçirilən tədbirdə jurnalistlərəaçıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyi sədri Cavid Abdullayev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının müvafiqqanunvericiliyi bu hərracın keçirilməsi üçün formalaşdırılıb.

“Bərpaolunan enerji mənbələri ərazilərində istehsalçının seçimqaydası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevtərəfindən təsdiqlənib və həmin qaydalar əsasında hərrac baş tutub.130-dan artıq şirkətə tədbirdə iştirak etməkləri üçün dəvətgöndərilib və proses iki mərhələdən ibarət idi. Hərrac ümumilikdə 6saat davam etdi və nəticədə “Universal International HoldingsLimited” qalib gələrək, Qobustan Günəş Elektrik Stansiyasını tikməkhüququ qazandı. Bu stansiya 100 MVtgücündə olacaq vəqanunvericiliyə uyğun olaraq 20 gün ərzində bütün sənədləşməişlərini yekunlaşdıracağıq”,-deyə o qeyd edib.

Məqalədə:
Seçilən
20
2
az.trend.az

3Mənbələr