AZ

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
 
Bildirilib ki, Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
 
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
 
Birgə təlim noyabrın 29-dək davam edəcək.
 
Seçilən
18
48
moderator.az

10Mənbələr