AZ

ABŞ-ın Ukraynaya göndərdiyi uzun mənzilli ATACMS raketləri köhnədir

Birləşmiş Ştatlar Ukraynaya çoxmilyardlıq hərbi yardımdan öz raket imkanlarını modernləşdirmək üçün istifadə edir, Ukrayna tərəfini köhnəlmiş ATACMS uzun mənzilli qanadlı raketlər göndərir.

Sənədlərə görə, bu raketlərin istismar müddəti 2025-ci ildə başa çatır və onların Kiyevə göndərilməsi Vaşinqtona Pentaqonun maliyyə yükünü azaltmağa imkan verir.

Ukraynaya hərbi yardımın monitorinqini aparan “Ukraine Oversight” saytının məlumatına görə, 2022-ci ilin fevralından ABŞ Konqresi prezident səlahiyyətləri çərçivəsində (Prezident Dewdown Authority, PDA) silah tədarükünə qoyulan limiti bu fonda 33,3 milyard dollara çatdırıb. Pentaqon öz arsenallarını artırmaq üçün əlavə 45,8 milyard dollar alıb ki, bu da Ukraynaya ötürülən silahların dəyərindən çoxdur. Bundan əlavə, Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə 32,7 milyard dollar ayrılıb ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün xaricdə silah alınmasına xərclənə bilər.

Media ABŞ prezidenti Co Baydenin Ukraynaya ATACMS-dən istifadə edərək Kursk bölgəsinə hücum etməyə icazə verdiyini yazıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki obyektə 6 raket atıb. Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, bir neçə Aİ ölkəsi gizli şəkildə Ukraynaya tədarük edilən silahlardan Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyə icazə verib. Bu arada Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib, ona görə Kiyevin uzaqmənzilli raketlərdən istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
60
50
editor.az

10Mənbələr