AZ

Sahil Babayevdən pensiyalarla bağlı AÇIQLAMA

Ölkəmizdə yaşayan bütün insanların rifahı bizim siyasətimizin ana xəttini təşkil edir.


Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.


Nazir bildirib ki, bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb: "Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb. Sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10 % artıq olacaq. Xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşür. 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır”.

 

APA

 

Tarix: 21 Noyabr 2024, 11:33   
Seçilən
15
25
pravda.az

10Mənbələr