AZ

“The Times”: Britaniya total müdafiəyə hazır deyil

Böyük Britaniya müharibə vəziyyətində “total müdafiəyə” hazır deyil və müdafiəni planlaşdırmağı İsveçdən öyrənməlidir.

Herbiand.az xəbər verir ki, “The Times” qəzeti bu barədə Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakindən sitat gətirib.

O, Böyük Britaniyanın müharibəyə “vətəndaş hazırlığı” məsələsində hələ müttəfiqlərinə çatmadığını və onların təcrübəsinə ehtiyac olduğunu vurğulayıb. “Etiraf etmək lazımdır ki, Böyük Britaniya bu istiqamətdə Skandinaviya və Baltikyanı ölkələrdən daha zəif vəziyyətdədir”, - deyə admiral bildirib.

Nəşrin məlumatına görə, NATO ölkələrinin hakimiyyət orqanları vətəndaşları və müəssisələri ümumi müdafiənin təmin edilməsinin bir hissəsi olaraq müharibəyə hazırlaşmağa getdikcə daha çox çağırırlar.

Bir müddət öncə, İsveçin Mülki Müdafiə və Fövqəladə Halların İdarə Olunması İdarəsi vətəndaşların müharibə zamanı necə davranmalı, bir həftə oflayn rejimdə yaşamaq üçün əvvəlcədən hansı ərzaq ehtiyatı və digər zəruri əşyalar hazırlanmalı olduğunu göstərən təlimatlar dərc edib. Son aylar Norveç, Finlandiya və Danimarka da oxşar addımlar atıb.

Seçilən
11
1
herbiand.az

2Mənbələr