AZ

Nazir Yerlikaya: “Keçən il 32 qadın qapını qatilinin üzünə açıb”

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə parlamentinin büdcə məsələləri üzrə komissiyasının toplantısında keçirilən müzakirələr zamanı millət vəkillərinin tənqid və suallarına cavab verib.

Musavat.com Sözcu.com.tr-yə istinadla xəbər verir ki, nazir qadın qətlləri ilə bağlı açıqlamasında qadın qətllərinin artım tempindən danışan nazir qeyd edib ki, BMT-nin statistikasına görə, bu sahədə dünyada yüksəliş tendensiyası var. “Biz qadınlara qarşı zorakılıqla bağlı sıfır tolerantlıq deyirik. 2022-ci ildə 284, 2023-cü ildə 309, 2024-cü ilin ilk 10 ayında isə 276 qadın qətli törədilib”,- A.Yerlikaya bildirib.

O, zorakılığa meylli insanların qoluna elektron qandal taxılması ilə bağlı suala cavab olaraq deyib ki, biz onların sayını 1500-dən 5000-ə qaldıra bilərik, bununla bağlı heç bir problemimiz yoxdur. “Haqqında mühafizə orderi aldığımız qadına sənəd imzalatdırırıq. Polis mühafizə orderi aldıqdan sonra sənəddəki 11 maddəni oxuyur və deyir ki, biz sizi qoruyuruq, amma siz də qaydalara əməl edin. Sənəddə deyilir ki, məsələn, şübhəli şəxs sizə yaxınlaşarsa, ən yaxın qorunan yerə gedin və hüquq-mühafizə orqanlarından birbaşa kömək istəyin, şübhəli şəxlə üzbəüz görüşməyin. Bunu ilk dəfə deyirəm, qoruma orderi olsa da, keçən il 32 xanım xəbərdarlığımıza məhəl qoymadan qapını açıb, kişi içəri keçərək atəş açıb”, - nazir deyib.

Müxalif partiyalardan olan millət vəkilləri nazir Yerlikayanın bu çıxışını zərərçəkən qadınların özünü günahlandırmaq kimi qiymətləndiriblər.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr