AZ

Laçında külək enerji stansiyasının tikilməsi üçün görülən işlər məlum olub

Laçın ərazisində artıq ölçü müşahidə stansiyasını qoymuşuq və banklar tərəfindən qəbul oluna biləcək məlumatların, dataların toplanması prosesi gedir.

Olaylar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında COP29 tədbiri çərçivəsində keçirilən tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O bildirib ki, Laçının külək potensialı çox böyükdür:

"Orada külək elektrik stansiyası tikiləcək. Azərbaycanın bərpaoluna enerji mənbələrinə maraq böyükdür. İmzalanan anlaşma memorandumlarının dinamikasına baxsaq, bunu görə bilərik. Azərbaycan qanunvericiliyinə əsasən hərrac əsas seçim üsullarından biridir. Təbii ki, onun üçün həm bərpolunan bir neçə mənbədə əraziləri müəyyənləşdirilməli, eyni zamanda şəbəkə imkanları təhlil olunmalıdır".

Direktor bildirib ki, növbəti ildə yəqin ki, başlıca olaraq texnoloji məsələlər istiqamətində işlər gedəcək.

"Bunlar da əsasən transformasiyonlar, saxlanış sistemləridir. İşğaldan azad edilmiş ərazilərlə bağlı konsepsiya var, tədbirlər planı təsdiq olunub və icra olunur, monitorinq aparılır",- deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
2
olaylar.az

3Mənbələr