AZ

Vətəndaşın işsiz statusu bu halda ləğv edilir - Sahil Babayev

“İnsan işsiz olar, amma məşğulluqda qeydiyyata düşməyə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir bildirib ki, məşğulluqda qeydiyyatda olan şəxslərə 2-3 dəfə iş təklif edilərsə, üzrlü səbəb göstərilmədən işdən imtina olunarsa, onların işsiz statusu ləğv edilir: "Bu gün bizim 480-490 min vətəndaşımız məşğulluq orqanlarında qeydiyyatdadır. Onların yarısı işsiz kimi, təqribən bir o qədəri də iş axtaran kimi qeydiyyatdadır. İş axtaran şəxslər işi olan, amma yeni iş axtaran şəxslərdir. Bizim niyyətimiz qətiyyən passiv alətlərin artırılması deyil. Biz daha çox aktiv alətlərə vəsait verməyin tərəfdarıyıq. Sığorta olaraq, biz işsizlərə aktiv veririk. Onları peşə hazırlığına cəlb edirik, məşğulluq agentliyi onları işə düzəldir. Biz bu şəkildə aktiv alətləri artırırıq. Passiv alətləri artırsaq, insanlar əmək bazarıdan kənarlaşmaq üçün stimullaşmaya gedə bilər".

    Seçilən
    9
    8
    bakivaxti.az

    10Mənbələr