AZ

Bütün xəstəxanaların adekvat işlədiyinə inanmıram - NAZİR

Azərbaycanın bütün xəstəxanalarının adekvat işlədiyinə inanmıram.

Modern.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

“Əlilliyin təyin olunması prosedurları məlumunuzdur. Vətəndaş xətəxanada qeydiyyatdan keçib, orada müayinə olunmalı və sənədlər təqdim olunmalıdır. Hər bir hal tərəfimizdən araşdırılır.

Cari ildə 40 mindən çox şəxsə əlillik təyin edilib. Bunun 50%-i ilkin əlillik təyinatı, 50%-i isə təkrar əlillik təyinatıdır. Əlilliklə bağlı bizim mövqeyimiz birmənalıdır. Haqqı çatan, qanunvericiliyə uyğun bütün hallar dəyərləndirilməli və həmin insanların əlilliyi təyin olunmalıdır. Amma saxta yollarla, əsassız şəkildə əlillikdən gəlir yolu kimi istifadə edilməsinə icazə verilməməlidir. Bunun qarşısı ardıcıalınacaq”, - deyə nazir bildirib.

Seçilən
9
6
modern.az

7Mənbələr