AZ

7 yaşlı uşaq iş təklifi aldı – FOTO

Rusiyanın “Pro32” informasiya təhlükəsizliyi şirkəti yeddi yaşlı uşağı işə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Uşağa korporativ təlim şöbəsinin müdiri vəzifəsi təklif olunub.

Sankt-Peterburqdan olan Sergey beş yaşından onlayn proqramlaşdırma ilə məşğuldur və proqramlar yaratmaq və proqramlaşdırmanı öyrətmək üçün öz “YouTube” kanalında maarifləndirici videolar yayımlayır.

Sergeyi “proqramlaşdırmanın Motsartı” adlandıran şirkətin baş direktoru İqor Mandik bildirib ki, oğlan proqramlaşdırma bacarıqları ilə yanaşı, başqalarına öyrətməkdə də unikal bacarıqlar nümayiş etdirir:

“Sergey üçün rəsmi iş təklifi hazırlamışıq və əmək yaşına çatdıqdan sonra onun komandaya qoşulmasından məmnun olarıq”.

Proqramlaşdırma ilə yanaşı, yeddi yaşlı Sergey ingilis dilini öyrənib və indi Harri Potter haqqında kitabları orijinal dildə oxuyur.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, Sergey yalnız 14 yaşından etibarən valideynlərindən birinin razılığı ilə işləyə biləcək. 16 yaşından etibarən razılıq tələb olunmur.

Şirkətin iş təklifi isə 11 il, 14 noyabr 2035-ci il tarixinədək etibarlıdır. Həmin vaxta qədər Sergeyin artıq 18 yaşı tamam olacaq.



Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr