AZ

Yaşayış minimumunun 2026-cı ildə 300 manat olacağı proqnozlaşdırılır

“2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi. 2025-ci ildə bu rəqəm 285 manat, 2026-cı ildə isə 300 manat olacağı proqnozlaşdırılır".

FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, bu artımlar hər il ardıcıl olaraq 16-20 manat olaraq davam edəcək: "2023-cü ildə pensiyaçılar üçün yaşayış minimumu 199 manat olub, 2028-ci ildə bu rəqəmin 260 manata çatdırılması gözlənilir. Uşaqlar üçün yaşayış minimumu gələn il 246 manata çatdırılacaq. 2026-2028-ci illər üçün proqnozlar növbəti illərin inflyasiya göstəricilərinə uyğun yenidən nəzərdən keçiriləcək.

2023-cü ildə 345 manat olan minimum əməkhaqqı 2024-cü ildə də saxlanmışdı. Gələn il isə minimum əməkhaqqının 400 manat olması proqnozlaşdırılır. Ölkə üzrə yaşayış minimumunun əməkhaqqına nisbəti 120 %-in üzərindədir". (Apa)

 

Seçilən
14
18
fed.az

10Mənbələr