AZ

DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla reallaşdırılır. Noyabrın 20-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yeni inşa olunmuş yeməkxana kompleksi, əsaslı təmir olunan tədris korpusları və kursant yataqxanası xidməti istifadəyə verilib.

DSX-nin Mətbuat mərkəzindən hafta.az-a verilən məlumata görə, Xidmətinin rəhbər heyəti tədbirdən əvvəl “Heydər Əliyev guşəsi”ni və Vətən müharibəsində şəhid olmuş Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucalmış “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi zabit kadrların hazırlanması və tədris prosesinin səviyyəsinin yüksəldilməsi sahəsində kursantların xüsusi qayğı ilə əhatə olunduqlarını, Akademiyanın şəxsi heyətinin üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini və onların yüksək hazırlıq səviyyəsini xüsusi vurğulayıb.

İstifadəyə verilmiş yeməkxana kompleksinə, əsaslı təmir olunmuş tədris korpuslarına və kursant yataqxanasına baxış keçirilib, xatirə fotoşəkilləri çəkdirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi və rəhbər heyət kursantlarla nahar ediblər.

Seçilən
10
6
hafta.az

7Mənbələr