AZ

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.

Seçilən
8
27
sitat.info

10Mənbələr