AZ

TBMM-də çıxış edən Hakan Fidan əhəmiyyətli bəyanatlar verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib: "ABŞ-ın yeni administrasiyası ilə milli maraqlarımıza uyğun konstruktiv dialoq qurmağı hədəfləyirik".

Bu barədə Hakan Fidan Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında məlumat verib.

Hakan Fidan regional sülhün qorunması üçün vacib olan ittifaqlara toxunaraq deyib: "Misirlə regional sabitlik və firavanlığa yönəlmiş əməkdaşlıq dövrünə qədəm qoyduq. Bu prosesdə Şərqi Aralıq dənizində gərginliyin azaldılması, Fələstin probleminin həlli və Liviyada birliyin təmin edilməsi üçün birgə addımlar atırıq. Ərəb ölkələri ilə inkişaf edən əlaqələrimiz və Ərəb Liqası ilə əlaqələrimiz də canlandı. 13 ildən sonra sentyabrın 10-da Qahirədə keçirilən Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının iclasına qatıldıq."

Hakan Fidan ABŞ-la F-16-ların tədarükü ilə bağlı davam edən danışıqların müqavilə ilə nəticələndiyini də açıqlayıb.



Seçilən
13
50
trt.net.tr

10Mənbələr