AZ

"Kriptovalyutalar öz ömrünü başa vuracaq" - İqtisadçı bitkoindən DANIŞDI

"Bitcoin"in qiyməti son 2 gündə rekord həddədır. Belə ki, kriptovalyuta bir anda 98 384 dollara çatıb.

Bəs bu qiymət birdən-birə enə bilər? Bu hansı səbəbdən baş verəR?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Redaktor.az-a açıqlamasında bildirib ki, bitkoinin qiymətində Tramp hakimiyyəti öz işinə başlayana qədər, yəni növbəti ilin əvvəllərinə qədər artımlar gözləniləndir:

"Amma sonrakı dönəmlərdə bir qədər səngimələr mümkündür. Bəzi qəfil enişlər isə istisna deyil. Hətta bir gün gələcək, ümumiyyətlə, kriptovalyutalar öz ömrünü başa vuracaq. Çünki arxasında heç bir dəyər dayanmayan "amorf" məfhumun bu qədər şişirdilərək qiymətlənməsi iqtisadi qanunauyğunluqları alt-üst edir. Bu bir sabun köpüyüdür və onun partlaması mütləqdir. Sadəcə müəyyən müddət sonra biz bunu görə biləcəyik". 

E.Əmirov Azərbaycandan kriptovalyutaya olan maraqdan da danışıb:

"Təbii olaraq dünyanın bütün ölkələrində daha rahat pul qazanmaq istəyən tərəflər var. Eyni zamanda, Azərbaycanda da belələri az deyil.Mən hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə bizdə kriptovalyutaya maraq hələ o səviyyəyə gəlib çatmayıb və aşağı səviyyədədir".

Sevinc İBRAHİMZADƏ

Seçilən
13
redaktor.az

1Mənbələr