AZ

"Yaşıl mobillik" nəqliyyatın elektrifikasiyasıdır" - Kommunikasiya naziri

Pakistan üçün "yaşıl mobillik" yanaşmasının əsas sütunlarından biri nəqliyyat vasitələrinin elektrifikasiyasıdır.

Avtosfer.az xəbər verir ki, bunu Pakistanın kommunikasiya naziri Abdul Aleem Xan COP29-da İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi masada deyib.

"Milli səviyyədə Pakistan "yaşıl nəqliyyat" təşəbbüslərini dəstəkləyən aydın siyasət çərçivələrinin yaradılmasına sadiqdir. Milli nəqliyyat siyasətimiz iqlim məqsədlərimizlə uzlaşdırılır və hər bir şəhər nəqliyyatı layihəsinin davamlı, azkarbonlu və iqlim şoklarına davamlı olmasını təmin edir", - o vurğulayıb.

Onun sözlərinə görə, Pakistanın "yaşıl iqtisadiyyat"a keçid və dekarbonizasiya sahəsində maliyyə ehtiyacları yüksək olaraq qalır:

"Ölkə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün beynəlxalq iqlim maliyyəsinə çıxışın artırılmasını nəzərdə tutur. Pakistan Paris Sazişinin 6-cı maddəsində nəzərdə tutulan alətlərdən istifadəni də nəzərdən keçirir. Pakistan artıq maliyyələşdirmə mənbələrini şaxələndirməyə kömək edəcək bazar və qeyri-bazar yanaşmalarını, o cümlədən yaşıl-mavi istiqrazları, karbon qiymətləndirmə alətləri və s. müəyyən edib".

Seçilən
24
avtosfer.az

1Mənbələr