AZ

Gəncədə dəhşətli hadisə: Ər və arvadı bıçaqladılar

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib və onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni E.Huseynovun bacısı oğlu törədib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
12
14
milli.az

10Mənbələr