Bakı. Trend:
Suriyanın şərqində, Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağıyaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.
Trend-inməlumatına görə, bu barədə "Al Mayadeen" telekanalı xəbəryayıb.
Telekanalın məlumatına əsasən, raketlərdən biri bazaya düşüb,amma hadisənin təfərrüatları açıqlanmayıb.
Suriyanın şərq və şimal-şərq bölgələrində yerləşən Deyr əz-Zor,Rəqqa və Həsəkə əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ındəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətindədir.ABŞ komandası 2015-ci ildən etibarən bu ərazidə doqquz hərbi bazaqurub. Dəməşq isə ABŞ-ın Suriya ərazisindəki hərbi mövcudluğunuqeyri-qanuni işğal olaraq qiymətləndirir.