AZ

Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xəzərdə suyun səviyyəsinin enməsi balıq ehtiyatına ciddi təsir edir.
Xezerxeber.az-ın məlumatına görə, vaxtilə bütün dünyada yığılan qara kürünün 90 faizini təmin edən Xəzər dənizində indi balıq növləri təhlükə ilə üz-üzədir.
Ekoloq Rövşən Abbasov bildirib ki, dəniz suyunun azalması ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb ola bilər. İlk olaraq Xəzər dənizində yaşayan unikal flora və fauna növləri üçün yaşayış mühiti darala, bəzi növlər isə məhv ola bilər. Məsələn, nərə balıqları və onların istehsal etdiyi qara kürünün azalması ehtimalı yüksəkdir.
Ekoloqun sözlərinə görə, balıq ehtiyatının azalması balıqçılıq sənayesinə böyük zərbə vura bilər. Sahilboyu turizm obyektləri və xidmətlərə tələbat azalar, iqtisadi fəaliyyət zəifləyər. Bu isə yerli bazarı idxaldan daha çox asılı hala salar.
Qeyd edək ki, son 30 ildə Xəzərdə suyun səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcandoğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır.
Ətraflı süjetdə:
Seçilən
21
33
oxu.az

10Mənbələr