AZ

Gəncədə ər-arvad bıçaqlandı - Biri öldü+Yenilənib

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki bu barədə “Report” məlumat yayıb.

Xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nıticəsində saxlanılıb və istintaqa təhvil verilib.

Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə bıçaqlanan şəxslərdən biri xəstəxanada ölüb.

APA-nın məlumatına görə, 1968-ci il təvəllüdlü U.Huseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
10
9
qafqazinfo.az

10Mənbələr